İnterpress.az-ın məlumatına görə, yeraltı təkan yerli vaxtla bu gün saat 03.44-də Şərqi Azərbaycan əyalətinin ərazisində, Təbriz şəhərindən 100 km aralıda qeydə alınıb.
Episentrdə zəlzələnin maqnitudası 4,9 olub.
Zəlzələ nəticəsində 8 nəfər xəsarət alıb, bir neçə tikili dağılıb.
Hadisə yerində xilasedicilər işləyir.
İnterpress.az