İnterpress.az-ın məlumatına görə, bunu Yaponiyanın baş naziri Sindzo Abe bəyan edib.
“Şimali Koreyanın keçirdiyi ballistik raket sınaqları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edəcəyik”, deyə baş nazir bildirib.
Yaponiyanın xarici işlər naziri Taro Kono iclasın keçirilməsi üçün müvafiq prosedura start verildiyini vurğulayıb.
Qeyd edək ki, bu gün Şimali Koreyanın buraxdığı ballistik raket Yaponiya ərazisindən uçaraq Sakit okeana düşüb.
İnterpress.az