Sabrina Gonzalez Pasterski yeni Albert Eynşteyn kimi görünürbackend

Sabrina Gonzalez Pasterski yeni Albert Eynşteyn kimi görünür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Harvard Universiteti, Sabrina Gonzalez Pasterskiyi (23), fizikadakı uğurlarına görə \”yeni Albert Eynşteyn kimi gördüyünü açıqlayıb. ABŞ-ın Çikaqo şəhərində anadan olan Pasterski, 14 yaşında öz təyyarəni icad etmiş və tək motorlu təyyarəylə Michigan Gölü üzərində uçmuşdu. Pasterski öz təyyarəsiylə uçan ən gənc insan olaraq işinin 2 illik tikinti prosesini Youtube-də bölüşüb.

Həmyaşıdlarından fərqli olduğunu bildirən Pasterski, heç kişi dostu olmadığını, siqaret və spirtli içkilərin istifadə etmədiyini, sosial mediaya girmədiyini deyir. Vaxtını kvant cazibə dövriyyəsini, qara dəlikləri, kosmos vaxtını və yerin cazibə qüvvəsinin zaman ilə kosmosu necə təsir etdiyini araşdıraraq keçirən Pasterski, çox sayda məqaləsini və layihəsini Physicsgirl.Com saytında bölüşür.

İnterpress.az