Kişilərin öz yaşlarına uyğun qadın seçməsinin 9 üstünlüyübackend

Kişilərin öz yaşlarına uyğun qadın seçməsinin 9 üstünlüyü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyadakı Abo Akademi Universitetinin alimi Jan Antfolk-un apardığı tədqiqatların nəticələrində deyilir ki, nə kişilər, nə qadınlar öz romantik seçimlərini təkcə yaşa uyğun etmirlər.
\”Bəzi kişilər daha gənc qadınlara üstünlük verirlər, amma öz yaşlarına uyğun olanları seçənlər də az deyil, – deyib alim CBS News telekanalına, – Kişilər yaşlandıqca qadının yaşına elə də fikir vermirlər. Onları həm gənc, həm də yaşlı qadınlar cəlb edir.\”.
Jan Antfolk hesab edir ki, yaşı 50-ni keçmiş kişilər öz yaşlarına uyğun qadınlardan yapışsalar daha yaxşıdır. Alim bunun 9 səbəbini göstərir:
1. Bu halda həyatın uyğun mərhələsində olursunuz
Təxminən eyni yaşda olan qadın və kişi ömrün qalan hissəsini necə keçirmək barədə planı daha rahat qururlar, çünki onlar ömrün eyni fazasındadırlar. Eyni yaşlı adamların maraq və əyləncələri də bənzər olur.

2. Bir yerdə qocalmaq şansı
Bu çox da sevindirici bir hiss deyil, amma daha gənc partnyor ömrün sonrakı mərhələsində həyat yoldaşı olmaqdan daha çox dayəlik etməli olur. Bu vəziyyətdə hətta partnyorun cavanlığına qibtə də yarana bilər.
Öz yaşınızda qadın seçməyiniz həm də o deməkdir ki, qadın sizdən sonra uzun illər tənha qalmayacaq, həm də yeni namizəd axtarmayacaq.

3. Yetkin qadınlar cazibədardır
AskMen.com saytının apardığı sorğuya görə bi çox kişilər daha yaşlı qadınlara maraq göstərirlər. Müstəqil qadın daha cəlbedicidir, daha az dəymədüşərdir və daha az dəstəyə ehtiyacı var. Onlar kim olduqlarını və nə istədiklərini daha yaxşı bilirlər.

4. Sizə layiq olduğunuz dəyəri verə bilirlər
Mature Dating UK saytında dərc edilmiş bloqda deyilir ki, qadın və kişinin təxminən eyni yaşda olmasının münasibətlərdə bir xeyri də var. Siz qocaldıqca eyni yaş dəyişikliklərinə məruz qalırsınız.
Əgər siz yaşınıza görə cavan görünürsünüzsə də, bu, zaman keçdikcə dəyişəcək və onda yaşıdınız olan qadın sizi olduğunuz kimi qəbul edəcək.

5. Birlikdəki həyat təcrübəniz daha böyük olacaq
Ömürdən ötən illər həm də həyat təcrübəsi gətirir. Yaxın yaşda olanların psixoloji yetkinlik səviyyəsi də təxminən yaxın olur. Bu həm də emosional yaxınlıq deməkdir.

6. Eyni mədəniyyəti və hobbiləri bölüşəcəksiniz
Yaxın yaşda olan qadın və kişi eyni filmlərə, musiqyə, kitablara və əyləncələrə maraq göstərirlər. Dünya baxışlarınız, xatirələriniz eyni olanda, yastıq söhbəti də daha rəvan gedir.

7. Bu, bərabərlərin partnyorluğu olacaq
Sizin yaşlarınızda olan qadının sizdən əvvəl öz həyatı olub. Buna görə də ittifaqınız müəllimlə tələbənin yox, bərabərlərin ittifaqı olacaq.

8. Övladlarınıza daha çox töhfə verə biləcəksiniz
Yetkin yaşlarda evlənənlərin adətən əvvəlki evlilikdən uşaqları və hətta nəvələri də olur. Bu isə o deməkdir ki, siz valideyn və baba-nənə kimi də birlikdə daha mütəşəkkil və qayğıkeş ola biləcəksiniz.

9. Ümumi dostlarınız çox olacaq
Əlbəttə, hər bir insanın öz sosial çevrəsi olur, lakin müəyyən yaşdan sonra insanlar dost-tanışlarla görüşləri daha çox qiymətləndirirlər. Yaşınıza uyğun qadının dost-tanışı ilə dil tapmaq daha asan olacaq. (bbc)

İnterpress.az