İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Niinistö ilə birgə mətbuat konfransı keçirən Trump, normalda 2 amerikalı 2 də finlandiyalı jurnalistdən bir sual alınması lazım olduğu halda kənara çıxaraq sual-cavab hissəsinə davam edib.
Trump, Niinistoya dönərək, \”Bir Neçə sual daha ola biləcəyini düşünürəm. Sual vermək istəyirsinizmi? Sualınızı seçin\”-ifadələrini istifadə edib. Niinisto isə bu təklifi qəbul edərək, üçüncü bir Finlandiyalı jurnalisti seçərək sualını yönəltməsini istəyib.
Amma Trump, sarışın qadın jurnalisti, daha əvvəl sual verən digər sarışın jurnalistlə eyni adam olduğunu güman edərək, \”Yenə onu? Yenə eyni adamı seçirsən\”? – deyib.
Niinisto isə ikisinin fərqli qadınlar olduğunu deyərək:- \”Yox, o eyni adam deyil. Yan-yana otururlar\” deyə bildirib.
Mikrofonu əlinə alan jurnalist isə \”Finlandiyada çox sarışın qadın var\” – deyə zarafat edib.
Trumpın \”eyni qadın hesab etdiyi iki jurnalist:
İnterpress.az