DAEŞIN Ən Qəddar Terror Qrupunun İmamı Mossad Kəşfiyyat Xidmətinin Agenti Çıxdıbackend

DAEŞIN Ən Qəddar Terror Qrupunun İmamı Mossad Kəşfiyyat Xidmətinin Agenti Çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Liviya hökuməti, Əbu Hafs adlı imamı həbs etdikdən sonra, sözügedən şəxsin Mossad Kəşfiyyat Xidmətinin adına Ərəb və İslam ölkələrində casusluq etməklə tapşırdığını, həqiqi adının da Benyamin Efrahim olduğunu ortaya çıxardı.

Livanda fəaliyyət göstərən Əl Cədid televiziyanın xəbərinə görə, sözügedən Mossad Kəşfiyyat Xidmətinin agentinin DAEŞİN içinə sızdığı, onlarla birlikdə Benqazi şəhərinə gəldiyi və şəhərdə özünü terrorçu qrupa qəbul etdirərək məscidin imamı vəzifəsinə gətirildiyi bildirildi.

Agentin, DAEŞİN 200 nəfərlik bir terror qrupuna başçılıq etdiyini, bu qrupun mütəmadi olaraq Misir torpaqlarına nüfuz etdiyini, bu qrupun Liviyada tanınan ən vəhşi DAEŞ qrupu olduğunu və sözügedən qrupun DAEŞ tərəfindən müharibə Misirə daşımaqla tapşırıldığını yazıb.

İddialara cavab olaraq İsrail isə, bu xəbərlər haqqında hər hansı bir rəsmi açıqlama verməyib.

İnterpress.az