İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da yaşayan 2 uşaq anası Lindsay Jacoby ölkədə gündəmə gəldi. 40 yaşlı uğurlu iş qadını yaşadığı tarixi binanın dördüncü qatından dünən özünü ataraq intihar etdi.
Hadisə yerində həyatını itirən Jacoby haqqında danışan şahidlərin sözlərinə görə, \”Qızı anasını yerdə cansız halda görəndə fəryadla çığırdı. Əri yıxılıb acılar içində qışqırırdı. Daha sonra içəri girib təcili tibbi yardım maşını çağırdı\”.
Sosial media tətbiqi Facebook üzərindən İstanbul istirahətinin fotoşəkillərini bölüşən Jacoby, \”Burası İstanbul! Bu şəhəri, insanlarını və ailəmlə gözəl vaxt keçirməyi sevirəm\” -paylaşmışdı.
Nyu-york polisi hadisə ilə bağlı istintaq başlayarkən, Jacobynin intihar məktubu qoyub qoymadığına dair bir açıqlama edilməyib.
İnterpress.az