Məsələ ilə əlqədar Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa Modern.az-a açıqlama verib.
Deputat bildirib ki, “Siyasi partiyalar haqqında” qanuna əlavə də dəyişikliklərin edilməsini zəruri edən ciddi bir məsələ yoxdur.
“Qanuna ediləcək dəyişiklikdə əsasən, partiyaların maliyyə hesabatlılığı ilə bağlı məsələlərin ciddiləşdirilməsindən söhbət gedirdi. Amma indiki vəziyyətdə partiyaların fəaliyyətinə ciddi təsir göstərəcək dəyişiklik baş verməyib. Hazırda partiyalar normal fəaliyyətini davam etdirir. Ona görə də “Siyasi partiyalar haqqında” qanuna əlavə də dəyişikliklərin edilməsinə ehtiyac yoxdur”.
İnterpress.az