Macarıstan Katolik Kilsəsi: “Süni mayalanma günahdır”backend

Macarıstan Katolik Kilsəsi: “Süni mayalanma günahdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Macarıstanda, Katolik Yepiskoplar Şurasının Sədri Andrs Verəsən süni mayalanma yoluyla uşaq sahibi olmağın günah olduğunu müdafiə etməsi mübahisə yaratdı.
Din xadimi kilsənin üstünlüyünü həyatdan və uşaqdan yana aparmaqla yanaşı, süni mayalanma yoluyla uşaq sahibi olmağın, bir çox baxımdan Xristian əxlaqına zidd olduğunu irəli sürdü.

Yepiskopa görə bu üsulla körpə təbii yollardan ana bətninə düşmür və bu da dini baxımdan uyğun deyil.
Macar din xadimi süni mayalanma tətbiqində hər müalicə sonunda birdən artıq rüşeymin ortaya çıxdığını, bunlardan bir qisminin istifadə edildiyini geri qalanların isə ya dondurulduğunu, ya da məhv edildiyini deyib.
Vərəsə görə, bu vəziyyət Katolik Kilsəsi tərəfindən qəbul edilə biləcək bir vəziyyət deyil.
Macarıstanda hökuməti isə, uşaq sahibi olmaq istəyən ailələr üçün süni mayalanma və nəticəsizlik müalicəsinin faydalı və hətta zəruri bir tətbiqi olduğu qənaətində.
Ailə və Sosial İşlər Nazirliyi rəsmisi Katalin Novk, hökumətin süni mayalanmaya bundan sonra da dəstək verməyə davam edəcəyini, hətta verilən maddi dəstəklərin daha da artacağını deyib.

İnterpress.az