İngiltərə, Arakan üçün BMT-ni təcili toplantıya çağırıbbackend

İngiltərə, Arakan üçün BMT-ni təcili toplantıya çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Myanmanın Arakan əyalətində ordu mənsublarının etdikləri hücumlarda 2 rayonda 3 min arası Müsəlman qətlə yetirilmiş, 100 mindən çox Müsəlman yerindən didərqin salınıb.

Böyük Britaniyanın BMT-dəki Daimi Nümayəndəsi Metyu Rycroft, sosial media hesabından verdiyi açıqlamada, Myanmanın Arakan əyalətində baş verənləri müzakirə etmək üçün görüş çağırışı etdiklərini bildirib.

Rycroft, \”İngiltərə, Myanmadakı vəziyyəti sabah müzakirə üçün BMT-ni tələb etdi. Arakanda uzun müddətdir davam edən problemlərin müzakirə olunması lazımdır. Bütün tərəflərə təmkin çağırışı edirik\”- dedi.

Şuranın məsələylə bağlı sabah görüşməsi gözlənilir, ancaq BMT Rəhbərliyindən hələ ki, toplantıya dair rəsmi açıqlama verilməyib.

BMT Baş Katibi Antonio Guterres dünən verdiyi açıqlamada, Myanmanın Arakan əyalətində \”təhlükəsizlik əməliyyatı\” zamanı vətəndaşların öldürülməsindən dərin narahatlıq duyduğunu açıqlamışdı.

25 avqustda polis nəzarət məntəqələrinə edilən hücumun ardından Myanma təhlükəsizlik qüvvələrinin Müsəlmanlara qarşı keçirdiyi geniş yaşlı əməliyyatlarda çox sayda vətəndaşın həyatını itirmiş, bir çox adam da evlərini tərk etmək məcburiyyətində qalmışdı.

İnterpress.az