Bu barədə \”Report\” un Şimal-qərb bürosuna jurnalistin dostu və həmkarı Pərviz İmranoğlu məlumat verib.
Onun sözlərinə görə, hadisə avqustun 29-da axşam saatlarında Şəki rayonunun Orta-Zəyzid kəndi ərazisində qeydə alınıb:
\”Belə ki, 1990-cı il təvəllüdlü İlqar Yaşar oğlu Səmədov idarə etdiyi 10-LD-533 dövlət nömrə nişanlı \”VAZ-2107\” markalı avtomobillə hərəkətdə olarkən əyləc sistemində yaranmış nasazlıq nəticəsində qarşıdan gələn \”VAZ-2106\” markalı avtomobillə toqquşub. Qəzadan sonra hər iki sürücü Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti orta-stabil olaraq qiymətləndirilir\”.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 27 yaşlı İlqar Səmədov 5 ildir \”ARB Şəki\” televiziyasında müxbir-aparıcı kimi fəaliyyət göstərir.
İnterpress.az