Erməni deputatlar Bakıya səfər üçün müraciət etsələr, məsələyə baxılacaqbackend

Erməni deputatlar Bakıya səfər üçün müraciət etsələr, məsələyə baxılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu APA-ya açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu \”Avronest\” PA-nın Bakıda keçiriləcək tədbirində erməni deputatların da iştirak edəcəyi barədə məlumatları şərh edərkən deyib.

A. Təvəkküloğlu iclasın Bakıda Milli Məclisin “Avronest” PA-dakı nümayəndə heyətinin təşəbbüsü ilə keçiriləcəyini qeyd edib.

\”3 və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu” adlı toplantı Azərbaycan Milli Məclisi, \”Avronest\” PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq\”, – deyə o bildirib.

Qeyd edək ki, erməni mətbuatı Ermənistanın “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyanın Bakıda keçiriləcək iclasda iştirak edəcəyini yazıb.

İnterpress.az