İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, BMT Baş Katibi Antonio Guterres, İsrail və işğal altındakı Fələstin torpaqlarını ziyarət etdikdən sonra təmaslarda olmaq üzrə mühasirə altındakı Qəzzaya gəlib. Mənbələr, Guterres və bərabərində Qəzzaya İsrail tərəfindən Beit Hanoun (Erez) Sərhəd Qapısından daxil olduğunu bildirib. Guterres, regiona gəldikdən sonra həm Fələstinli, həm də İsrailli rəsmiləri ilə müxtəlif görüşlər keçirib.
Fələstinli dustaqların ailələri ilə görüş keçirməyi rədd edən Guterres, Qəzzada saxlanılan İsrailli məhkumların ailələri ilə görüşərək onların dərdlərini bölüşüb. Fələstinli dustaqların ailələri səhərin erkən saatlarından başlayaraq Beit Hanoun sərhəd bölgəsində etiraz aksiyaları keçirib.
Fələstin Məhkum İşləri Komitəsi, Guterresi, Fələstinli məhkumlarının ailələri ilə görüşüb, problemlərini qulaq asmadığı üçün tənqid edərək, xüsusilə İsrail terrorizminin gerçək qurbanları olan işğal altındakı Fələstin xalqına qarşı tətbiq edilən qeyri-insani münasibətin təkrar gözdən keçirilməsini istədi.
Digər tərəfdən, Guterres, Qəzzada BMT tərəfindən işlənilən bir məktəbi ziyarət edib.
İnterpress.az