İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Le Point jurnalına müsahibə verən Macron, \”Bildiyiniz kimi, qlobal səhnəyə çıxmaq əslində o qədər də asan bir şey deyil\” – dedi.
Jurnal müxbirinin bu sözlərini əyani bir misal verməsi istəməsi üzərinə isə Macron, \”Ərdoğan ilə hər 10 gündən bir danişmaq məcburiyyətindəyəm\”- dedi.
Macron ilə Ərdoğan son olaraq 27 avqustda telefonda görüşmüşdü. Bu görüşdə Türkiyədə həbsdə olan bir Fransız jurnalistinin vəziyyəti müzakirə olunmuşdu.
Macronun müavinlərindən biri daha sonra bu sözlərin Ərdoğana qarşı bir tənqid yönəltmə niyyətini daşımadığını söyləyib.
Müavini, \”Cənab Ərdoğan ilə keçirilən görüşlər hər zaman çox ciddi alınır\” – dedi.
İnterpress.az