İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Montpellier şəhərinə 50 kilometr məsafədəki Saint-Guilhem-Le-Desert qəsəbəsindəki \”Bağça\” adlı restoranda yemək masasında cib telefonu istifadəsinin qadağan olunduğu bildirilib.
Restoran sahibi Jan Milad Fleury, \”İnsanlar restoranlara daha çox danışmaq, söhbət etmək və bölüşmək üçün gedir. Restoranda qayda budur. Bir də ki, burada son dərəcə gözəl bir mənzərə var. Bu səbəblə restoranda cib telefonu ilə danışan bir müştəri görəndə sarı vərəqə göstərirəm. Təkrar etməsi vəziyyətində isə çölə dəvət edirəm\” dedi.
Restoranın girişinə qaydaların qeyd edildiyi bir tablo yerləşdirən Fleury, cib telefonlarını qadağan etməklə insanları bölüşməyə və asılılıqdan xilas olmağa idarə etdiyini vurğulayaraq təcili işi olanların çölə çıxaraq cib telefonu işlərini həll edib geri qayıtdığını bildirdi. Restoranda cib telefonu ilə fotoşəkil çəkilməsinə isə bəzi hallarda icazə verilir.
Bu arada yeməklərin yalnız yerli məhsullardan istifadə edilərək hazırlandığı restoranda kola, mayonez və ketçup da yasaq olduğu ifadə edilib.
İnterpress.az