İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, ABŞ-ın, Rusiyanın San-Fransiskodakı konsulluğunu və Vaşinqton ilə Nyu-Yorkdakı iki əlavə binasını bağlanmasını tələb etməsi ilə bağlı olaraq, \”Moskva, ABŞ notasını cavabsız buraxmayacaq\” dedi.
\”Moskva Dövlət Diplomatiya Universitetində etdiyi çıxışında, \”ABŞ-ın (Rusiyanın San-fransiskodakı konsulluğunu və Vaşinqton ilə Nyu-yorkdakı iki əlavə binasını bağlama qərarı ilə bağlı) notasını yalnız dünən gecə almışıq. Analizini apardıqdan sonra reaksiyamızı verəcəyik\” ifadələrini istifadə etdi.
Lavrov həmçinin, bu son addımın, ABŞ Prezidenti Donald Trumpın Rusiyaya münasibətləri normallaşdırmaq istiqamətindəki seçkiqabağı vədlərini keçirməsinə icazə verməyən şəxslər tərəfindən atıldığını bildirib.
ABŞ-lə dava etməyin fikrində deyilik. ABŞ xalqına qarşı hər zaman dost kimi yaxınlaşdıq, indi də maraqlarımıza uyğun olan nöqtələrdə onlarla konstruktiv dialoq qurmaq istəyirik. Aramızdakı siyasi atmosferin normallaşmasını istəyirik ki,\” ifadələrini də istifadə edən Lavrov, belə davam etdi: \”Amma bildiyiniz kimi, tanqo iki nəfər tələb edir. Mənə görə, Amerikalı tərəfdaşlarımız fərdi bir break rəqsi edir\”.
ABŞ-ın, Rusiyanın San-Fransiskodakı konsulu bağlı qərarı, Kremlin, ABŞ-ın Rusiyadakı diplomatik nümayəndəliklərində şəxsi heyətin sayının 755 nəfər azaldılmasını tələb etməsinin ardından gəldi.
Kremlin bu addımı, noyabr 2016-daki prezident seçkilərinə müdaxilə etdiyi iddiaları səbəbindən ABŞ Konqresinin Rusiyaya qarşı yeni sanksiya qərarları almasını izləmişdi. Daha əvvəl ABŞ-ın keçmiş prezidenti Barak Obama vəzifədən getməsindən bir neçə həftə əvvəl 35 Rus diplomatın deportasiya edilməsinə qərar vermişdi.
İnterpress.az