Arakanda dram davam edir: 16 nəfər boğularaq ölübbackend

Arakanda dram davam edir: 16 nəfər boğularaq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Myanmanın Arakan əyalətində ordu və Buddist millətçilərin hücumundan qaçaraq Banqladeşə keçməyə çalışan Arakanlı Müsəlmanları daşıyan gəminin Naf Çayında alt-üst olması nəticəsində 16 nəfər həyatını itirib.

Son açıqlamalara görə Naf Çayında katerlərinin alt-üst olması nəticəsində həyatını itirən Arakanlı Müsəlmanların sayı 39-a çatıb.

Myanma-Banqladeş sərhədindəki Naf Çay, illərdir məruz qaldıqları zülmdən qaçan Arakanlı Müsəlmanların qaçış nöqtəsi. Arakanlı Müsəlmanlar çaydan keçərək Banqladeşin Teknafa çatmağı, oradan da Arakanlı qaçqın düşərgələrinin olduğu Coxs Bazar şəhər mərkəzinə keçmək istəyib.
Arakan ştatında davam edən hücumlarında son 1 həftədə çoxsaylı Arakanlı Müsəlman vətəndaş həyatını itirib.

Hücumlarda 60-dan çox kənd hədəf alınıb, bu kəndlər yandırılarkən, on minlərlə Arakanlı can təhlükəsizliyi səbəbilə bölgədən qaçmağa çalışır.

İnterpress.az