ABŞ Rusiyanın San-Fransiskodakı Konsulluğunu Bağlayırbackend

ABŞ Rusiyanın San-Fransiskodakı Konsulluğunu Bağlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi Sözçüsü Heather Nauert, ABŞ-ın Rusiyadan San Fransiscodaki konsulluğunu, həmçinin Vaşinqton və Nyu-Yorkdakı 2 konsulluq kompleksini 2 sentyabra qədər bağlanmasını tələb etdiyini açıqlayıb.

Nauert, \”Rusiyanın istinad etdiyi bərabərlik ruhuna görə Rus hökumətinin San Fransiscodaki Baş Konsulluğunu, Vaşinqton və Nyu Yorkdakı konsulluq binalarını bağlamalarını tələb edirik. Bağlama prosesi 2 sentyabra qədər reallaşdırmalı\” ifadələrini istifadə etdi.

Daha əvvəl Kommersant qəzetinin verdiyi xəbərdə, \”Vaşinqton, Moskvanın ABŞ-ın sanksiyalarına cavab olaraq Rusiyadakı ABŞ-lı diplomatların sayının məhdudlaşdırılmasını və bəzi diplomatik mülklərinə əl qoyulmasını nəzərdə tutan sanksiyalarına bu şəkildə cavab verməyi planlaşdırır\” ifadələrinə yer verdi.

Rusiya Prezidenti Vladimir Putin, ABŞ-ın Rusiyadakı diplomatlarının sayında 755 nəfərlik bir məhdudlaşdırmağa gedəcəyini, beləliklə, Rusiyadakı ABŞ diplomatlarının sayının ABŞ-dakı Rus diplomatların sayla tarazlanmış olacağını bildirmişdi.
Rusiya Xarici İşlər Nazirliyi isə ötən həftə ABŞ-a 1 sentyabra qədər diplomatlarının sayını dəyişdirməsini təklif etmişdi.

İnterpress.az