İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, səhər erkən saatlarda meydana gələn yol qəzasında ən azı 9 qız tələbə həyatını itirib, 34 nəfər yaralanıb. Yaralılardan 13-ün vəziyyətinin kritik olduğu bildirildi.
Hürmüzgan Ştatı Milli Təhsil İdarəsi rəsmilərindən verilən məlumata görə, Şirazdakı \”İstedadlı Tələbələr Konfransına\” iştirak etmək üçün Bandar Abbas şəhərindən yola çıxan avtobusda, əksəriyyəti lisey tələbəsi 45 sərnişin var idi.
Polis səlahiyyətliləri, ilk təyin etmələrə görə qəzanın, sürücünün yuxusuz olmasından qaynaqlandığını, istintaqın davam etdiyini bildirdi.
İnterpress.az