Hadisə ötən gün gecə saatlarında rayonun Babək küçəsində qeydə alınıb.
Ağsu rayon sakini, 1985-ci il təvəllüdlü Qalib Əlmusa oğlu Qasımov idarə etdiyi \”Lifan\” markalı minik maşını ilə hərəkətdə olarkən yolu keçən piyada Kürdəmir rayon sakini, 1967-ci il təvəllüdlü Fikrət Məhərrəm oğlu Əsgərovu vurub. Ağır xəsarət alan F. Əsgərov hadisə yerində ölüb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır. ( apa )
İnterpress.az