Özbəkistanda bir gecədə 3706 səxs saxlanıldı: “Yaxşı insanlar gecələr küçəyə çıxmaz”backend

Özbəkistanda bir gecədə 3706 səxs saxlanıldı: “Yaxşı insanlar gecələr küçəyə çıxmaz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Özbəkistanın qərbindəki Urgench şəhərində yaşayan Marim Matkarimov, bir az kilo vermək üçün gecə gəzintisinə çıxmışdı, ancaq gecə bir nəzarət mərkəzində keçirdi.

Üstəlik, Matkarimov, nəzarət mərkəzində tək deyildi. Çünki Özbəkistan polisi, 26 avqustan 27 avqusta keçən gecə, 3706 nəfəri küçələrdə bekar gəzdikləri üçün nəzarətə alıb.

Nəzarətə alınan adam sayı və nəzarət əsası Khorezm bölgəsinin polis idarəsi tərəfindən dərc olunub. Açıqlamada, nəzarətə alınanlardan bəzilərinə cəza kəsildiyi, bəzilərinin isə xəbərdar etdiyi qeyd olunub.

Məsələ ilə bağlı danışan polis sözçüsü Zokir Ismoilov, aparılan prosesin hansı qanuni əsasla aparıldığı deməyi rədd etdi, ancaq \”Yaxşı insanlar gecələr küçədə gəzməz\” ifadələrini istifadə etdi.

Nəzarətlərlə bağlı danışan bir Özbək vəkil isə, \”Əgər gecə küçəyə çıxma yasağı varsa elan et, bekar gəzmək heç bir qanuna zidd deyil\” ifadələrini istifadə etdi.

Özbəkistanda hər hansı bir küçəyə çıxma yasağı tətbiq etməsi olmamasına baxmayaraq, 1 sentyabrda keçirilən Müstəqillik Günü qeyd etmələri səbəbindən geniş təhlükəsizlik tədbirləri alınmışdı.

İnterpress.az