İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Harvey qasırğasının vurduğu Texasa ilk səfərində dabanlı ayaqqabı geydiyi üçün topa tutulan ABŞ Birinci Xanımı Melania Trump bu dəfə eyni səhvi təkrar etmədi.
ABŞ Prezidenti Donald Trump və xanımı Melania, Harvey qasırğası nəticəsində 43 nəfərin həyatını itirdiyi, təxminən 43000 adamın da evsiz qaldığı Texas ştatını bir həftə ərzində 2-ci dəfə səfər edib.
Səfərin mətbuata ilk əks olunduğu halında isə yenə Melania Trumpın ayaqqabı seçimi mərkəzdə olub.
Texasda 30 avqustdakı ilk səfərdə 12 sm-lik dikdaban geyindiyi üçün tənqid edilən Melania Trumpın ayağında, dünən təyyarəyə minəndə yenə dikdaban vardı.
Təyyarədən enərkən isə Melania Trumpın ilan dərisindən olan dikdabandan imtina etdiyi və idman ayaqqabısına üstünlük verdiyi göründü.
İnterpress.az