\”Report\”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas sentyabrın 7-nə təyin edilib.
İşə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, S.Quliyev və H.Quliyeva “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanovun 2015-ci il dekabr ayının 17-də Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılaraq, barələrində dələduzluq maddəsi ilə cinayət işi başlanıb. R.Salmanovun şikayət ərizəsində qeyd edib ki, hər iki şəxs onun 2 milyon 116 min 300 manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər. Ötən il fevral ayının 3-də Xətai Rayon Məhkəməsində S.Quliyev və onun anası barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb. Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev 11 il və H.Quliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib.
İnterpress.az