İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Millətlər (BMT) İnsan Haqları Üzrə Xüsusi Məruzəçisi Yanghee Li, Myanmanın Arasında (Rakhine) əyalətində ordu və Buddist millətçilərin, Arakanlı Müsəlmanlara (Rohingya) qarşı hücumlarına dair, Myanma Xarici İşlər Naziri və Dövlət Rəhbərliyindən Üzrə Dövlət Naziri Aung San Suu Çiinin artıq bir addım atması lazım olduğunu bildirdi.
25 avqustdan bu yana ordu və Buddist milliyyətçilərin hücumu altındakı Arakanda vəziyyətin, keçən il oktyabr ayında baş verənlərdən\” çox daha pis\” olduğunu vurğulanıb.
Li, Myanma Xarici İşlər Naziri və Dövlət Rəhbərliyindən Üzrə Dövlət Nazirinə müraciət edərək \”Aung San Suu Çii bir addım atmalı. Bu, rəhbərliyi altındakı kəsi qorumaq üçün hər dövlətdən gözlənilən bir hərəkətdir\”-deyə danışdı.
Myanma ordusunun silahlı hərbiçilərlə mübarizə və bu səbəblə də Arakayın ştatında davam edən hücumlarında 25 avqustdan bu yana çox sayda Arakanlı Müsəlman həyatını itirib. Hücumlarda hədəf alınan 60-dan artıq kəndin onlarla yandırılarkən, on minlərlə Arakanlı Müsəlman da can təhlükəsizliyi səbəbilə bölgədən qaçmağa çalışır.
Vətəndaşlar quru və dəniz yolu ilə Myanmardan Banqladeşə keçməyə cəhd edir. BMT, bu ana qədər 87 min Arakanlı Müsəlmanın Banqladeşə keçdiyini bildirir, ancaq on minlərin sərhəd bölgəsində gözləmələri davam edir.
Myanma hökumətinin beynəlxalq təşkilatlara bölgəyə giriş icazəsi verməməsi səbəbindən ölü sayı isə müəyyənləşdirmir. Arakanlı qeyri-hökumət təşkilatları həyatını itirən vətəndaşların sayının mini keçdiyini bildirərkən, bəziləri rəqəmin minlərlə olduğunu iddia edir.
Myanma rəhbərliyi, köç yoluna düşən və ya evsiz qalan Arakanlı Müsəlmanlara humanitar yardım çatdırılmasına da imkan vermir.
İnterpress.az