“Milan Kokain Kralı” yaxalandıbackend

“Milan Kokain Kralı” yaxalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Uruqvay Daxili İşlər Nazirliyi, 1994-dən bu yana narkotik qaçaqmalçılığı və mafiya fəaliyyətlərinə görə axtarılan 50 yaşlı Morabitonun, paytaxt Montevideodaki bir oteldə yaxalandığını açıqlayıb.

11 ildir Punta Del Estet-də yaşayan Morabitonun, qızını öz soyadıyla məktəbə qeydə aldıqdan sonra fərq edildiyi qeyd olunub. İstintaqın 6 aydır ki, davam etdiyini qeyd edən Uruqvay polisi, Morabitonun saxta Braziliya pasportu istifadə edərək Uruqvayda yaşadığını açıqlayıb.

Morabito və arvadını həbs edən polis, Morabitoya aid bir tapança, 13 mobil telefon, 12 bank kartı, iki avtomobil, bir Portuqaliya pasportu, brilyantlar və çek dəftərləri ələ keçirdi. Rəsmi şəxslər, Morabitonun Uruqvayda saxta kimlik istifadə etdiyi səbəbilə həbs olunacağını ifadə etdi.

1993 -də Braziliyadan yüzlərlə kilo kokain keçirtməyə çalışdığı iddia edilən Rocco Morabito, beynəlxalq narkotik qaçaqmalçılığına edən bir cinayət təşkilatına aid olmaqla günahlandırır.

Rocco Morabito, Cənubi Amerikadan İtaliyanın paytaxtı Milana narkotik qaçaqmalçılığı etməsi səbəbindən \”Milan Kokain Kralı\” kimi tanınırdı.

İnterpress.az