Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 18-də Xətai rayonu ərazisində yaşayan İntiqam Ələkbərov 36-cı PB-yə müraciət edərək həmin gün evindən 2300 manat pulun və 1300 manat dəyərində qızıl əşyalarının oğlu Səxavət tərəfindən oğurlanmasını bildirib.
Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səxavət Ələkbərov tutulub. O, hadisəni törətməsini etiraf edib.
İnterpress.az