Hindu millətçilərini tənqid edən jurnalist Gauri Lankesh qətlə yetirilibbackend

Hindu millətçilərini tənqid edən jurnalist Gauri Lankesh qətlə yetirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

55 yaşlı Gauri Lankesh Banqalordakı evinin astanasında qan içində, ölmüş halda tapılıb.
Məlumata əsasən motosikletlə gələn şəxs onu baş və sinə nahiyəsindən güllələyib.
Cinayətin motivləri qeyri-aydın qalır.
Gauri Lankesh açıq danışmaqdan çəkinməyən, cəsur bir jurnalist kimi tanınırdı.
Hindistanlı media mənsubları getdikcə daha çox hindu millətçiləri tərəfindən hədəflənməkdədir, fəallar deyir.
Son bir neçə il ərzində hindu millətçiliyinə qarşı tənqidçi olduğu iddia edilən jurnalistlər sosial mediada qınaqlara məruz qalıb, qadın jurnalistlərin ünvanına təcavüz və zorlama təhdidləri edilib.
Hakim Bharatiya Canata Partiyasından (BJP) hökumət üzvləri də jurnalistləri hədəfləyərək \”presstitute\” ( press və prostitute – red) kimi ifadələri işlədiblər.
Gauri Lankesh-in qətlindən öncə dünyəvi və millətçi mövqelərdə duran bir sıra tanınmış şəxs öldürülüb.
Onların arasında alim Malleshappa Kalburgi, fəal Narendra Dabholkar və siyasətçi-yazar Govind Pansare də olub. (bbc)

İnterpress.az