Avropa Birliyi məhkəməsindən qaçqın kvotası ilə bağlı  – Qərarbackend

Avropa Birliyi məhkəməsindən qaçqın kvotası ilə bağlı – Qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, iki il əvvəl Avropaya doğru gedən qaçqın axını zamanı, Aİ aldığı qərarla hər bir üzv ölkə üçün qaçqın kvotası müəyyən etmiş, bu tətbiqi etməklə köçkünlərin miqrasiya marşrutu üzərində yerləşən Yunanıstan və İtaliya üzərindəki yükün yüngülləşdirilməsi nəzərdə tutulmuşdu.

Qərarda, kvota sisteminin, Yunanıstan və İtaliyanın 2015-də qaçqın böhranı baş verməsinə töhfə verdiyi, bu səbəblə sisteminin zəruri olduğu və ona üzv ölkələrlə əməl edilməsi lazım olduğu qeyd olunub.

Aİ qurumlarının təcili vəziyyətlərdə lazımlı müvəqqəti tədbirlər almaq hüququnun da olduğu ifadə edilən qərarda, 2015-ci ildə baş verən \”yüksək saylarda qaçqın axınının təcili bir vəziyyət\” yaratdığı qeyd edilib.

Avropa 2015 yazında təsir edən qaçqın böhranına həll tapmaq üçün Aİ Şurası, İtaliya və Yunanıstana çatan və qorumağa ehtiyacı olan 160 min qaçqınının kvota sisteminə görə üzv ölkələr arasında iki il üçün dağıdılması qərarı almışdı. Aİ Şurasının qərarına Slovakiya, Macarıstan, Çexiya və Rumıniya qarşı çıxmışdı.

Slovakiya və Macarıstan, Avropa Ədalət Divanına Aİ Şurasının qərarının ləğvi üçün müraciət etmişdi. İki ölkə, Aİ-nin kvota sisteminin qaçqın problemini həll etməyə uyğun və lazımi olmadığını müdafiə etmişdi.

İndiyə qədər İtaliya və Yunanıstandan təxminən 28 min qaçqın üzv ölkələr arasında dağıdıldı. Macarıstan, kvota sistemi əsasında 292 min qaçqın alacağını öhdəlik etməsinə baxmayaraq, heç bir mühacirət qəbul etmədi. Slovakiya isə yalnız 16 səxsə sığınacaq verib.

İnterpress.az