İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Nazirlər Kabinetinin toplantısında danışan Ruhani, Şimali Koreyanın keçirdiyi hidrogen bombası sınağını qiymətləndirib.
Ruhani, \”Bu gün Şimali Koreya öz varlığı üçün və təhdidlərə qarşılıq bu yolu seçib. Vaşinqton daim Şimali Koreya təhdid edəndə, Pyongyang da əvəzində yeni bombalar deyir\” deyə danışdı.
\”Atom silahı əldə etmiş ölkələri təhdid etmək bütün dünya üçün çox böyük təhlükə deməkdir\” deyən Ruhani, ona görə bu sahədəki problemlərin müzakirə və dialoqla həll edilməsi lazım olduğuna inanırıq\” dedi. Ad vermədən Səudiyyə Ərəbistanının ABŞ-dan yüklü miqdarda silah alışını da tənqid edən Ruhani, \”Cənub qonşularımız nə üçün daim qərbdən silah alıb regionda silahlanma yarışı başlayırlar. Bu silahları əsl düşmən olan İsraillə mübarizə üçün də alınmış deyil\” ifadələrini istifadə etdi.
İnterpress.az