İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın Hamburq şəhərində yerləşən supermarket irqçiliyə diqqət çəkmək üçün digər millətlərə aid məhsullar əvəzinə yalnız Alman məhsullarını qoyanda rəflər bomboş qalıb.
Edeka adlı supermarketə daxil olan müştərilər böyük bir süprizlə rastlaşdı, çünki bütün rəflər demək olar ki, bomboşdu. İlk başda insanlar marketin məhsul qoymağı unutduğunu və ehtiyatlarının bitdiyini düşündü, ancaq həqiqət çox fərqli idi. Market, irqçiliyə diqqət çəkmək üçün, qəsdən digər millətlərə aid məhsulları rəflərə qoymamışdı.
Marketi dolaşan müştərilər rəflərin üzərində bir çox mesajla qarşılaşdı. Bu müraciətlərdən bəzilərində isə belə yazılmışdı: \”Xaricilər olmadan rəflər çox boş\”, \”Rəf müxtəliflik olmadan çox sıxıcı\”.
Bütün gün təkcə Alman məhsulları satan market, etnik müxtəlifliyin əhəmiyyətinə diqqət çəkdi.
Edeka Supermarketin sözçüsü, \”Edeka hər sahədə çox müxtəliflik tərəfdarıdır. Bu üzdən bütün məhsullarda də buna diqqət edir və bir çox ölkəyə aid məhsullar olur. Misilsiz keyfiyyət ancaq müxtəlif ölkələrin məhsulları bir araya gələndə yaradılır\” – bildirdi.
İnterpress.az