Tramp Putini BMT-də islahatlar üzrə zirvə toplantısına dəvət etməyibbackend

Tramp Putini BMT-də islahatlar üzrə zirvə toplantısına dəvət etməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Novosti\”yə istinadə xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov bildirib.

“Bildiyimə görə, tədbirdə iştirakla bağlı dəvət daxil olmayıb”, deyə jurnalistlərin suallarını cavablandıran Y.Uşakov bildirib.

ABŞ prezidenti Donald Tramp bu ay Nyu-Yorkda BMT-nin islahatı üzrə dünya liderlərinin zirvə toplantısını keçirmək niyyətindədir. Tədbirin BMT Baş Assambleyasının 72-ci sessiyası ərəfəsində keçiriləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, BMT Baş Assambleyasının 72-ci sessiyası sentyabrın 12-də başlayacaq.

İnterpress.az