Donald Trumpın oğlu Donald Trump Jr ifadə verəcəkbackend

Donald Trumpın oğlu Donald Trump Jr ifadə verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trumpın böyük oğlu Donald Trump Jrın, sabah Senat Ədliyyə Komitəsinin qarşısına çıxaraq Rusiyanın 2016 ABŞ Prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddialar çərçivəsində qapalı iclasda ifadə verəcəyi bildirilib.

Trump Jrın vəkili Sahə Futerfas, keçiriləcək plenar iclasla bağlı yazılı bəyanat verib.

Futerfas, Trumpın oğlu Trump Jrın, cümə günü qatılacağı qapalı iclasda komitə üzvlərinin bütün suallarına ardıçıqlıqla cavab verəcəyini qeyd edib. Vəkil açıqlamasında \”Peşəkar və səmərəli bir görüş olmasını ümid edirik və komitəyə yardımçı olacağımıza görə məmnunuq\”-deyib.

Trumpın oğlu, prezident seçkiləri üçün təşkil olunan kampaniya ərzində Moskva rəhbərliyi ilə olan münasibətləri üzərindən ictimaiyyətində tez-tez gündəmə gəlirdi.

İnterpress.az