Avstraliyalı vəkil uşaq istismarı görüntüləri izləyən həyat yoldaşını yaxaladıbackend

Avstraliyalı vəkil uşaq istismarı görüntüləri izləyən həyat yoldaşını yaxaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ictimaiyyət qarşısına çıxan Jenkins, məclis tribunasından verdiyi bəyanatda keçmiş ərinin məhkum edilməsində özünün və oğlunun payı olduğunu dedi.

Qadın vəkil, \”Bu Günə qədər bu məsələ haqqında səssiz qalmağımın yeganə səbəbi, polis araşdırmasına yaxud məhkəmə prosesinə təsir göstərə bilməm idi. İndi bunlar tamamilə bitdi\” deyərək yaşadıqlarından bəhs etdi. İllərlə həyat yoldaşının psixoloji problemləri olduğunu bildiyini ifadə edən Jenkins həyat yoldaşının müalicəni rədd etməsi və hərəkətlərindən şübhələnməsindən sonra kompüterini qarışdırdığını ifadə etdi.

Jenkins, fevral 2016-da oğulları ilə birlikdə kompüterdə əhatəli bir uşaq porno görüntüləri kolleksiya tapdıqlarını söyləyərək, \”Gördüklərim qarşısında şok keçirdim. Mədəm bulandı və sinir böhranı keçirtdim. Həyat yoldaşım ilk olaraq mənim və oğlumun ifadələri əsasında saxlanılıb. Bunun başa düşülməsini istəyirəm. Mən həyat yoldaşımın uşaq porno görüntüləri asılı olduğunu bilmirdim. Uzun zamandır ruhi bir problem yaşadığını düşünürdüm və ona bir neçə dəfə yardım etmə təşəbbüsügöstərdim. Qarinin ruhi bir problemi yoxdur. Davranışlarının çox daha pis niyyətli bir mənbəyi var\”-dedi.

İnterpress.az