İnterpress.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Qarğalıq kəndində yaşayış evlərinin həyətyanı sahələrini su basması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq köməksiz vəziyyətdə qalan vətəndaşları təhlükəsiz yerə təxliyə ediblər. Əməliyyat saat 10:55-də başa çatıb.
İnterpress.az