İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Myanmanın Arakan əyalətində ordu və Buddist millətçilərin hücumlarından qaçaraq Banqladeşə keçməyə çalışan Arakanlı Müsəlmanları daşıyan gəmiyə atəş açılması nəticəsində çoxlu uşaq onlarca insan boğularaq can verdi.
Sosial mediada yayımlanan görüntülərə, Banqladeş-Myanma sərhədindəki Naf Çayının kənarında baş verən vəhşiliyin miqyası əks olundu.
Görüntülərdə, çayı keçməyə çalışarkən Myanma təhlükəsizlik qüvvələri açılan atəş nəticəsində alt-üst olan gəmidə olan və boğularaq həyatlarını itirən çoxlu körpə və uşaq Arakanlı Müsəlmanların cəsədinin çay sahilinə getdiyi görünür.
Qadınların fəryadı arasında qeyd edilən görüntülərdə çay kənarında əksəriyyəti qadın və uşaqlardan ibarət olan Arakanlı Müsəlmanların, Banqladeş sərhədində yaşadığı can bazarı bir dəfə daha gözlər önünə sərilir.
Myanma təhlükəsizlik qüvvələrinin son günlərdə Arakandakı şiddət hadisələrindən qaçan və iki ölkə arasındakı Naf Çayını keçərək Banqladeşə keçməyə çalışan Arakanlı Müsəlmanlar və mindikləri katerlərə atəş açdığı, bu səbəblə bir çox insanın həyatını itirdiyi ifadə edilir.
Bu arada, sosial mediadakı başqa bir görüntüdə də əsgərlərdən qaçaraq dağlıq sahələrdə gözləyən Arakanlı Müsəlmanlar yer alır.
Arakanlı Müsəlmanların bir hissəsi də dağlıq ərazilərə başqa yollarla Banqladeşə çatmağa çalışır. Vətəndaşlar iki ölkə arasındakı sərhədi təşkil edən və Benqal Körfəzinə bağlanan Naf Çayını keçmək üçün kiçik katerlər istifadə edir.
Səfərləri zamanı Arakanlı Müsəlmanların içində olduğu dərmə çatma gəmilər tez-tez alt-üst olur. Quru, dəniz və çay keçidləri zamanı Myanma təhlükəsizlik qüvvələri təcavüz atəşi açır.
Arakanda hücumların başladığı 25 avqustdan bu yana Naf Çay və Benqal Körfəzində gəmilərin alt-üst olması nəticəsində həyatını itirən onlarla adamın cansız bədəni sahilə vurdu.
Hücumlarda hədəf alınan 6-dan artıq kənd yandırılarkən, on minlərlə Arakanlı Müsəlman da can təhlükəsizliyi səbəbilə bölgədən qaçmağa çalışır.
Vətəndaşlar quru və dəniz yolu ilə Myanmardan Banqladeşə keçməyə cəhd edir. BMT, bu ana qədər 146 mindən çox Arakanlı Müsəlmanın Banqladeşə keçdiyini bildirir, ancaq Myanma hökumətinin beynəlxalq təşkilatlara bölgəyə giriş icazəsi verməməsi səbəbiylə on minlərcə Arakanlının bölgədə gözləmələri davam edir.
İnterpress.az
https://youtube.com/watch?v=km_lkwMd9jA