İnterpress.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Daşkəsən rayonu, Quşçu kəndi yaxınlığında filiz mədəninin ərazisində 10 ha sahədə kol-kos və quru ot yanıb.
Yanğından yaxınlıqdakı mədən və meşə zolağı mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az