\”Report\”un Qərb bürosunun məlumatına görə, hadisə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının önündə baş verib.
Yolu keçmək istəyən rayon sakini, 1944-cü il təvəllüdlü Elxan Abbas oğlu Cəlilovu avtomobil vurub. Yaralı elə yaxınlıqdakı xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra Qazax rayon Diaqnostika Mərkəzinə aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az