ABŞ-dan Arakan açıqlaması: “Narahatıq”backend

ABŞ-dan Arakan açıqlaması: “Narahatıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi Sözçüsü Heather Nauert, məsələ ilə bağlı Banqladeşə sığınan təxminən 270 min Arakanlı Müsəlmanın vəziyyəti ilə bağlı yazılı bəyanat verib.

Nauert, \”Kütləvi kənd yandırmalar və şiddət ehtiva edən hücumlar da daxil, Birmanın Arakan əyalətində ciddi insan haqları pozuntuları iddialarının ardından 25 avqustdan bu yana 270 min Rohingyalının Banqladeşə keçdiyi şəklindəki Birləşmiş Millətlər (BMT) açıqlamasını sonra olduqca narahatıq\”-dedi.

Qaçqınlara təcili yardım çatdırılması üçün BMT Qaçqınlar Üzrə Ali Komissarlığı, Beynəlxalq Qızıl Xaç Təşkilatı və Beynəlxalq Miqrasiya Təşkilatı də daxil tərəfdaşlarla yaxın iş birliyini davam etdirəcəklərini bildirən Nauert, bunları qeyd etdi:

\”ABŞ hökuməti Oktyabr 2016-dan bu yana Birma və region daxilində yerlərindən edilmiş müdafiəsiz insanlar üçün təxminən 63 milyon dollar humanitar yardım təmin etmişdir. Banqladeş rəhbərliyini alqışlayır, hadisələrdən əziyyət çəkən insanlara yardımların çatdırılması məsələsindəki səylərini təqdir edirik\”.

Nauert, açıqlamasında, 2 tərəfi sakitlik içində davranmağa dəvət etmiş, insan haqları pozuntuları ilə bağlı dəqiq bir qiymətləndirmə etməmişdi.

İnterpress.az