Qətər əmiri ilə Səudiyyə vəliəhdi böhranın həlli yollarını cümə günü müzakirə ediblər. Şeyx Tamim bin Həməd əl-Tani və Məhəmməd bin Salman arasında danışıqlar ABŞ prezidenti Donald Trump-ın hər iki tərəflə ayrı-ayrılıqda telefon söhbətindən sonra yer alıb.
Bu böhranın başlanmasından bəri tərəflər arasında ilk təmas olub.
Lakin telefon danışıqlarının ardınca Ər-Riyad Dohanı söhbətlə bağlı faktları təhrif etməkdə təqsirləndirib.
Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətəri terrorçuluğa dəstəkdə ittiham edirlər. Doha bu ittihamları dəfələrlə rədd edib.
5 iyunda Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yəmən və Liviya Qətərlə diplomatik əlaqələri dondurub.
Bundan sonra 4 dövlət (Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, BƏƏ) Qətərə qarşı sanksiyalar elan edib. Dördlük onların qaldırılması üçün 13 şərtin yerinə yetirilməsini tələb edir. (bbc)
İnterpress.az