Gül suyunun saysız-hesabsız faydaları
• Gül suyu təbii bir təmizləyicidir.
• Civzə, dəri yanmasını azaltmağa və qara nöqtələrdən qurtulmağa yardımçı olan təbii bir antiseptik tərkibldir.
• Stressi azaldır və bir anti-depressant olaraq çalışır.
• Quru dərilər üçün bir az qliserin əlavə edilərək təbii bir nəmləndirici olaraq istifaddə edilə bilər.
• Yaşlanmaqla birlikdə yaranan incə cizgiləri və qırışları aparmağa yardımçı olur.
• Günədən yanmış dərinyə xeyirdir.
• Saçları ipək kimi edir.
• Dərinin yeniləməsi üçün faydalıdır.
Gül suyunu özünüz hazırlayın
Tərkib:
• 6 stəkan qırmızı gül yarpaqları
• 1 litr su (yağış suyu ən yaxşısıdır)
Hazırlanması:
Bir tqazanın içinə təzə yarpaqları yerləşdirin və suyu əlavə edin. 15 dəqiqə qaynadın. Soyudun və yarpaqları süzün. Bir şüşəyə suyunu doldurub soyuducuda uzun müddət saxlayın.
Tərkib:
• Gül yarpaqları
• su (saf su)
Hazırlannması:
Bir qaba damladılmış saf suya gül yarpaqlarını əlavə edin. Qabın qapağını bağlayın və aşağı odda qaynadın. Gül yarpaqları rəngini itirənədək və yarpaqların rəngi suya keçənə qədər buxar yaranmasına şərait yaradaın. Nəticədə suyun üzündə toplanan gül yağı görəcəksiniz. Bu suyu süzün və bir şüşəyə doldurun. Soyuducuda saxlayın və istədiyiniz zaman bu gül suyunu istifadə edə bilərsiniz.
İnterpress.az