“Əl-Qaida” terror təşkilatının üzvü olan 19 terrorçu müxtəlif istiqamətlərdə hərəkət edən 4 sərnişin təyyarəsini ələ keçirərək müxtəlif obyektlərə doğru yönəldiblər.
Təyyarələrdən ikisi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin göydələnlərinə çırpılıb. Terrorçular daha bir təyyarəni Pentaqonun əsas binasına yönəldiblər. Dördüncü təyyarə isə Pensilvaniya ştatı ərazisində yerə düşüb. Ümumilikdə terror aktları nəticəsində 3 mindən çox adam həlak olub. 11 sentyabr hadisələri ABŞ-ın xarici siyasətində köklü dəyişikliyə səbəb olub. Məhz bu hadisələrdən sonra rəsmi Vaşinqton beynəlxalq terrorizmə qarşı mübarizəni öz xarici siyasət kursunun əsas prioritet istiqaməti elan edib.
İnterpress.az