Qəza Mərdəkan qəsəbəsində 3 avtomobilin iştirakı ilə qeudə alınıb.
\”VAZ-2106\” markalı avtomobil yolun sağına dönmə əməliyyatını yerinə yetirərkən sol zolaq ilə qarşı tərəfdən gələn \”VAZ-2104\” markalı avtomobil də həmin istiqamətdə dönüb və ona çırpılıb. Ardınca arxadan gələn və sağdan ötmə əməliyyatı etmək istəyən \”Daewoo\” da \”VAZ-2106\”ya çırpılıb. Nəticədə \”VAZ- 2106\”da olan bir yaşlı körpə ölüb. Qəza zaman, o cümlədən hər üç avtomobildə xəsarət alanlar olub. Belə ki, üçü azyaşlı olmaqla 10 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, uşaqların vəziyyətləri ağırdır.
Yaralıların siyahısı :
Behbudova Lalə Alı qızı – 28 yaş
Əliyev Rac Fikrət oğlu – 38 yaş
Abdullayeva Sevda Xudaverdi qızı – 58 yaş
Şövqətova Səriyyə Rəcəb qızı – 60 yaş
Şövqətov Əllədin Hüseynqulu oğlu – 65 yaş
Şövqətova Əminə Zöhrab qızı – 34 yaş
Şövqətova Zaur Əllədin oğlu – 35 yaş
Əliyeva Nəzrin Rac qızı – 11 yaş
Hacıyev Yusif Anar oğlu – 5 yaş
Hacıyev Adəm Bəhrəm oğlu – 3 yaş
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. ( report.az )
İnterpress.az