Yaralı Papa Kolumbiyadan ayrıldı – FOTObackend

Yaralı Papa Kolumbiyadan ayrıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Katolik dünyasının ruhani lideri Papa Frensis, 50 illik vətəndaş müharibəsinin başa çatdığı Kolumbiyadan \”zorakılığın düyünlərini açın\”! -çağırışı etdi.

Daxili müharibədən sonra bölgədəki səfərlərini davam etdirən Roma Papası, Andean bölgəsindəki səfəri zamanı tarazlığını itirərək Roma Papası vasitəsinə minərkən başını vuraraq sol gözünü yaraladı.

Vatikandan gələn açıqlamaya görə, Papa Frensis buz müalicəsi gördüyü, vəziyyətinin yaxşı olduğu və səfərinə davam etdiyi bildirildi.

80 yaşlı ruhani lider,\” Mən çox yaxşıyam\” dedi və 500 min nəfərin toplandığı liman meydanındakı çıxışı zamanı gözünün şişdiyi gözlərdən qaçmadı.

Meydandakı çıxışında,\” Kolumbiya sabit və daimi bir sülh istəyirsə, birgə yaxşılıq, bərabərlik, ədalət, insan təbiətinə və tələblərinə hörmət baxımından açılan bir addım atmalıdır\” ifadələrini işlədən Papa, \”Zorakılığın düyünlərinin açılmasına kömək etsək, münaqişələrdə baş verən mürəkkəb məsələlərini həll edə bilərik\” deyərək qütbləşmənin məhv edilməsi çağırışı etdi.

Papa həmçinin, \”liderlərin, zorakılığı doğuran ədalətsizliyi və ictimai bərabərsizliyi sona çatdırmaq üçün qanun çıxarmaları lazım gəldiyini\” də söylədi.

Papa Frensis, çıxışının ardından adına təşkil olunan əyləncəli tədbiri izlədikdən sonra Romaya getmək üçün hava limanına gedib.

Yaralı Papa Kolumbiyadan ayrıldı - FOTO

Yaralı Papa Kolumbiyadan ayrıldı - FOTO

İnterpress.az