İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Sergey Lavrovun Səudiyyə Ərəbistandakı danışıqlarına qatılan Rus Xarici İşlər Nazirliyi Sözçüsü Mariya Zaxarova, yerli ənənələrə uyğun olmaq üçün, hicab kimi paltara bürünməsi rusları qəzəbləndirib.
S.Ərabistan səfərinə əvvəlcədən hazırlandığı hər halından bəlli olan Zaxarova, Facebook hesabından fotoları bölüşüb.
Ancaq Zaharovanın bölüşdüyü S.Ərəbistan fotoları Rusiyadakı Facebook təqibçiləri tərəfindən mənfi qarşılanıb. Aparılan yüzlərlə şərhdə xülasə olaraq, \”Bu sənin nəyinə lazımdı? Müsəlman Ərəb ölkəsində ənənələrə hörmətli olmaq normal. Ancaq bunu bir şou şəklinə çevirmək heç sənə yaraşmır. Avropa ölkələrindən S.Ərabistana səfər edən qadın siyasətçilər geyim dəyişmədən nəzakət xətrinə başını örtməklə kifayətlənir. Sən isə təlxəklik eləmisən\”.
İnterpress.az