İstintaq dövrü ərzində həbsdə saxlanılan A.Lapşin mütəmadi olaraq həkim nəzarətində olmuş, tələb olunan səviyyədə tibbi müayinə və müalicə ilə təmin edilmişdir. 10 sentyabr 2017-ci il tarixdə A.Lapşin ekstradisiya məsələlərinin uzanmasını bəhanə gətirərək intihara cəhd etmişdir. Lakin saxlanıldığı istintaq təcridxanası əməkdaşlarının sayıqlığı nəticəsində intihara cəhdin qarşısı alınmış və A.Lapşinə lazımi tibbi yardım göstərilmişdir.
11 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq Lapşin Aleksandr Valeryeviçin əfv edilməsi haqda Sərəncam imzalamışdır. Sərəncama əsasən A. Lapşin qanunvericiliyin tələblərinə uyğun olaraq cəzasının qalan hissəsini çəkməkdən azad ediləcəkdir.
İnterpress.az