“Çox güman ki, Lapşin İsrailə sabah göndəriləcək”backend

“Çox güman ki, Lapşin İsrailə sabah göndəriləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aleksandr Lapşinin vəkili Eduard Çernin bildirib ki, A. Lapşinin İsrailə deportasiya edilməsi üçün artıq bütün sənədlər hazırdır: \”Yalnız təyyarə ilə bağlı dəqiq məlumat yoxdur. İsrailə reys sabah olduğu üçün çox güman ki, Lapşin sabah İsrailə deportasiya ediləcək\”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilib. ( apa )

İnterpress.az