Almaniya Xarici İşlər Naziri Qabriel: “Türkiyəyə Silah İxracı Dayandırdıq”backend

Almaniya Xarici İşlər Naziri Qabriel: “Türkiyəyə Silah İxracı Dayandırdıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyəyə qarşı siyasətini sərtləşdirən Almaniyadan yeni bir addım gəldi. Almaniya Xarici İşlər Naziri Sigmar Qabriel, Türkiyəyə mövcud sazişlər daxilindəki silah ixracını dayandırdığını açıqlayıb.

Qabriel, \”Əslində NATO müttəfiqimizə silah sövq etmək öhdəliyimiz var. Ancaq Türkiyəyə silah daşını demək olar ki, tamamilə dayandırdıq\” dedi.

Bu sahədə əməkdaşlığın yalnız Almaniyanın beynəlxalq müqavilələrə daxil olduğu sahələrdə davam etdiyini qeyd edən Qabriel, bu sazişlərdə silahın deyil, yük vasitələrinin söz mövzusu olduğunu bildirib.

Almaniya İqtisadiyyat Nazirliyinin açıqladığı məlumatlara görə, cari ilin ilk dörd ayında Türkiyəyə 5 milyon 600 min avro məbləğində silah və hərbi texnika satılıb. Üstəlik, Almaniya 2010-2016 illəri arasında bəzi müdafiə materiallarının Türkiyəyə ixracını sözügedən silahların xalqa qarşı istifadə edilə həyəcanı mane olduğunu açıqlamışdı.

İnterpress.az