AB-dən Arakan mesajıbackend

AB-dən Arakan mesajı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Birliyi (Aİ), Myanmanın Arakan əyalətində prosesləri yaxından təqib etdiyini bildirdi.

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Üzrə Ali Nümayəndəsi Federica Mogherini, etdiyi yazılı açıqlamada, \”Arakan və Banqladeş sərhədindəki dramatik prosesləri yaxından təqib edirəm\”-ifadəsini istifadə etdi.

Mogherini, Aİ-nin Myanma hökumətinin rəsmiləriylə əlaqədə olduğunu, keçən cümədən bəri Arakandakı proseslərə dair narahatlıqlarını Myanmarlı rəsmilərinə çatdırdığını bildirdi.

Prioritetin, bölgəyə təcili humanitar yardım çatdırılması olduğunu qeyd edən Mogherini, \”Keçmiş Birləşmiş Millətlər Təşkilatının Baş (BMT) Katibi Kofi Annan rəhbərliyi altında hazırlanan Arakan Məsləhətləşmə Komissiyasının tövsiyələrinə riayət edərək problemi kökündən həll etmək lazımdır\”.

Mogherini, bu həftə məsələyə dair konkret addımlar atılacağına dair ona məlumat verildiyini, Myanma hökumətinin yanaşı, Banqladeşli rəsmiləri ilə də yaxın təmasda olduğunu və Aİ-nin regiona humanitar yardımı artıracağını bildirib.

Qeyd edək ki, Aİ, ötən həftə verdiyi açıqlamada, \”Bütün tərəflərə gərginliyi azaltma, beynəlxalq insan haqları hüququna tabe olma və xüsusilə vətəndaşlara zorakılıq etməməyə dəvət etmiş, lakin Arakanlı Müsəlmanların yaşadığı zülm və təzyiqi sərt bir dillə qınamaqdan qaçınmışdı.

İnterpress.az