İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Hitlerin 1938-də qaldığı Parkhotel Graz-da unutduğu alt paltarının 4.000 ilə 5.000 dollar arasında sahibini tapması gözlənilir. Otelin sahibi olan Avstriyalı ailənin varisi, babasından qalan alt paltarı satmaq qərarı aldığını bildirib.
Amerikanın Charlottesville qəsəbəsində baş verən irqçi gərginliyin ardından təzyiqi yenidən qaldırmasından ehtiyat edilən açıq artırma ərəfəsində təhlükəsizlik qüvvələrinin böyük bir çalışma içində olduğu vurğulanıb. Satışa çıxacaq əşyalar arasında Hitlerin yaş imzalı manifesti \”Davam\” da yer alacaq. Kitabın bu surətinin 20.000 dollara alıcı tapması gözlənilir.
Bir ABŞ əsgərinin Hitlerin Bavariyadakı evindən aldığı dünya xəritəsi da satışa çıxır. Bu əşyanın isə 100.000 dollara alıcı tapması gözlənilir.
Hərrac evinin sahibi Bill Panagopulos, \”Əgər hərrac zamanı, ya da internetdə irqçi bir açıqlama edən olsa, onu buradan qovaram. İrqçilərə yerimiz yox\” dedi.
Satışa çıxarılacaq digər məhsullar arasında Adolf Hitlerin adının baş hərflərinin yer aldığı köynəyi, kokteyl stəkanları və Hitlerin sevgilisi Yeva Braunun çətiri də var.
İnterpress.az