İraq Məclisi, Bərzaninin Keçirəcəyi Müstəqillik Referendumunu Rədd Etdibackend

İraq Məclisi, Bərzaninin Keçirəcəyi Müstəqillik Referendumunu Rədd Etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İraq məclisi, İraq Kürd Regional Rəhbərliyi (IKBY) 25 sentyabrda gerçəkləşdirəcəyi \”müstəqillik referendumu\” üçün səsvermə keçirib. Səsvermədə, Bərzaninin keçirəcəyi referendumu rədd edilib.

Şiə Milli Koalisiya millət vəkillərindən Əli Safi,\” Məclis, İraq Kürdüstan referendumunu səs çoxluğuyla rədd etdi\”-dedi.
Safi, qərara qarşı çıxan Kürd millət vəkillərinin də iclası tərk etdiyini ifadə etdi.
328 yerlik məclisdə keçirilən iclasda 168 deputat iştirak edib.
İKBY Rəhbəri Məsud Bərzani, 7 iyunda siyasi partiyalarla keçirdiyi toplantıdan sonra, uzun müddətdir müzakirə edilən müstəqillik referendumunun 25 sentyabr 2017-də keçiriləcəyini elan etmişdi.

İraq Baş Naziri Heydər Əl-İbadət isə Bərzaninin referendum elanından sonra verdiyi bəyanatda, bunun konstitusiyaya zidd olduğunu bildirərək nəticələri tanımayacaqlarını demişdi.

Ərbilin müstəqillik referendumuna ABŞ, Türkiyə, Aİ və İran başda olmaqla bir çox ölkə əleyhinə çıxır. Beynəlxalq güclər, referendumun təxirə salınması çağırışı edir.

İnterpress.az